Accessibility links

Hizbullah tərəfdarları Beyrutda nümayişçilərə hücum edib


Çərşənbə axşamı Livanın hərbi Hizbullah qruplaşmasının yüzlərlə tərəfdarı, bəziləri əllərində taxtalar Beyrutda hökumət əleyhinə etiraz edən nümayişçilərin qurduğu çadır düşərgəsinə hücum edərək, çadırların bəzilərini yandırıb, digərlərini isə söküb.

Bu, Hizbullah tərəfdarlarının əllərində çubuqlarla paytaxtda ən böyük şosse yollarından birində barrikada qurmuş etirzçılara hücumundan bir qədər sonra baş verib.

Livanda korrupsiya, dövlət pullarının düzgün idarə olunmaması və ölkəni 1975-1990-cu illərdə baş verən vətəndaş müharibəsindən bəri görülməyən iqitsadi böhrana doğru aparmaqda ittiham olunan siyasi elitaya qarşı etirazlar 13 gündür davam edir.

Lakin son günlər Hizbullah lideri Həsən Nəsrulla getdikcə şiddətlənən etirazların xaricdən maliyyələşdirildiyini və rəqib siyasi qruplar tərəfindən dəstəkləndiyini deyərək tənqid edir. O, tərəfdarlarını mitinqləri tərk etməyə və cümə günü aksiya iştirakçılarını yollarda qurulmuş barrikadaları aradan qaldırmağa çağırıb. Kütləvi mitinqlər ağır maliyyə böhranı ilə qarşılaşmış bir ölkənin iflic vəziyyətinə düşməsinə səbəb olub.

XS
SM
MD
LG