Accessibility links

Həmas iki fələstinlini edam edib


Qəzza Zolağına nəzarət edən Həmas Qəzza hərbi məhkəməsinin İsraillə əməkdaşlıqda təqsirli bildiyi iki nəfəri ölüm hökmünə məhkum edib.

Fələstinli insan haqları qrupları bildirir ki, Həmas Qəzza Zolağında iki fələstinlini edam edib. Əl-Mizan qrupunun məlumatına görə, Qəzza Zolağına nəzarət edən Həmas Qəzza hərbi məhkəməsinin İsraillə əməkdaşlıqda təqsirli bildiyi iki nəfəri ölüm hökmünə məhkum edib. Edam edilənlərin kimliyi hələlik məlum deyil. Bu, Həmasın 3 il əvvəl Qəzzanı ələ keçirməsindən sonra ilk rəsmi edamdır. İnsan haqları qrupu Amnesty International əvvəllər Həması edamlar həyata keçirməməyə çağırmışdı. Təşkilat qrupun hərbi məhkəməsinin beynəlxalq hüquqi standartlara cavab vermədiyini bildirmişdi.

XS
SM
MD
LG