Accessibility links

Həmas lideri yenidən seçilmək istəmir


Həmas lideri yenidən seçilmək istəmir
Həmas lideri yenidən seçilmək istəmir

Çoxsaylı çağırışlara baxmayaraq, Həmas lideri Xalid Məşal yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcəyini bildirib.

Həmas qrupunun açıqladığı bəyanatda deyilir ki, Məşal vəzifəsindən getməyi düşünür, amma təşkilatın ağsaqqalları onu bu qərarından dönməyə səsləyirlər.

Bəyanatda deyilir ki, Həmasa bir adam rəhbərlik etməməlidir, hətta lider də. Bildirilir ki, Həmas şura tərəfindən idarə olunmalıdır.

Həmas hazırda Qəzza Zolağını idarə edir və İsraili tanımaqdan boyun qaçırır. Onun hərbi qanadı tez-tez İsrail-Qəzza sərhədində hücumlar həyata keçirir.

XS
SM
MD
LG