Accessibility links

Əhməd Gəravənd bu həftə casusluqda ittiham edilən qadının həbs edildiyini bildirib


Əhməd Gəravənd bu həftə casusluqda ittiham edilən qadının həbs edildiyini bildirib
Əhməd Gəravənd bu həftə casusluqda ittiham edilən qadının həbs edildiyini bildirib

İranın sərhəd polis komandirinin müavini Əhməd Gəravənd bu həftə casusluqda ittiham edilən qadının həbs edildiyini bildirib. Onun dedikləri İranın dövlət mətbuatının daha əvvəl yayılan bu xəbərin yalan olduğunu bəyan etməsi ilə ziddiyyət təşkil edir. Əhməd Gəravənd həmin qadının Azərbaycanla sərhəd bölgədə nəzarət altına alındığını deyib. O, qadının amerikalı olduğunu bildirib.Qeyri-rəsmi Fars xəbər agentliyi isə qadının milliyətinin bəlli olmadığına dair xəbər yayıb. Daha əvvəlki xəbərlərdə qadının Hall Talayan olduğu və onun Ermənistandan İrana keçməyə cəhd etdiyi bildirilmişdi.

XS
SM
MD
LG