Accessibility links

ABŞ-ın iki hərbi gəmisi Cənubi Koreyaya yola düşüb


ABŞ rəsmiləri bildiriblər ki, aviasiya daşıyıcısı və iki hərbi gəmi Cənubi Koreyanın Busan limanına beş günlük səfər edəcək

ABŞ-ın yüksək səviyyəli diplomatları və Cənubi Koreyanın hərbi gəmisinin dörd ay bundan əvvəl batmasından sonra həmrəylik nümayiş etdirən iki hərbi gəmi Cənubi Koreyaya yola düşüb. Müdafiə Naziri Robert Qeytsin üç günlük danışıqlar aparmaq üçün bu gün Seula çatıb. Çərşənbə günü Cənubi Koreyalı həmkarları ilə iki üstəgəl iki çərçivəsində danışıqlar aparmaq üçün Hilari Klinton Robert Qeytə qoşulacaq. ABŞ rəsmiləri eyni zamanda bildiriblər ki, USS George Washington adlı təyyarə daşıyan gəmi və iki hərbi gəmi çərşənbə günündən başlayaraq beş gün Cənubi Koreyanın Busan limanında qalacaq. Başqa bir hərbi gəmis idə Çinhae limanında lövbər salacaq. Rəsmilər Amerika hərbi gəmilərinin Çini narahat edən birgə donanma təlimlərində iştirak edib-etməməsi barədə heç bir fikir bildirməyiblər. Təlimlərin Sarı dənizdə manevr etmək də daxil olmaqla, detalları bu həftə görüş zamanı məlum olacaq.

XS
SM
MD
LG