Accessibility links

Güneyli fəal Höccət İmami saxlanılıb


Qərbi Azərbaycan vilayətinin Sayınqala (Şahindej) şəhərinin sakini Höccət İmami yanvarın 8-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Amerikqnın Səsinin əldə etdiyi məlumata əsasən, yanvarın 8-də axşam vaxtı təhlükəsizlik qüvvələri milli fəalın evinə hücum edərək axtarış aparıb.

Şahidlərin dediyinə görə, təhlükəsizlik qüvvələrinə bağlı silahlı güclər fəallın evinə hücum vaxtı evi mühasirə edib fəallın ailəsini hədələyiblər.

Təhlükəsizlik qüvvələri ədəbiyyat müəllimi olan milli fəal İmaminin şəxsi əşyalarını o cümlədən kitablar, kompüter və telefonunu götürüblər.

Milli fəal bir gecə Sayınqalanın Ettelaat İdarəsində saxlanıldıqdan sonra Urmiyənin Ettellaai idarəsinin həbsxanasına köçürülüb.

Fəallın həbs səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat verilməyib.

XS
SM
MD
LG