Accessibility links

Hodeyda liman şəhərinə qarşı hücumlara ara verilib


Birləşmiş Ərəb Əmirliklərinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmənin Hodeyda liman şəhərinə BMT-nin humanitar məsələlər üzrə nümayəndəsinin missiyası məqsədi ilə hücumlara ara verilib.

Bunu Əmirliyinin xarici əlaqələr üzrə dövlət naziri Ənvər Qarqaş tvit edərək bildirib.

Xüsusi nümayəndə Martin Qriffit deyib ki, ötən həftə şiə üsyançılar və koalisya müzakirələrə hazır olduqlarına işarə etmişdi. İyun ayının ortlarından bəri koalisiyua Hodeydadan husiləri çıxarmağa çalışır.

Qriffit husilərin şəhərin idarəsinin BMT-yə təhvil verməyə razı olduqlarını deyib.

Liman şəhəri Hodeyda Yəmənin həyat mənbəyi hesab edilir. Belə ki, yancaq, ərzaq və dərmanlar da daxil edilməklə, ölkəyə məhz bu limandan humanitar yardımlar çatdırılır.

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya husilərə qarşı 2015-ci ilin martından mübarizə aparır.

Birləşmiş Millətlər Təşkilatı təxmin edir ki, son üç il ərzində 10 mindən çox insan öldürülüb. Onların əksəriyyətinin ölümünə səbəb hava hücumları olub.

XS
SM
MD
LG