Accessibility links

Məşhurlar Bruney sultanına məxsus otelləri boykot edir


Britaniya rok ulduzu Elton Con bu həftə aktyor Corc Kluninin homoseksuallıq üçün ölüm cəzasını tətbiq etməyi planlaşdıran Bruney sultanının otellərinin boykot edilməsi çağırışına qoşulduğunu bildirib.

Elton Con çənbə günü "Sevgiyə inanıram və istədiyimiz, seçdiyimiz şəxsi sevə bilmək insanın hüququdur," deyə tvit yazıb.

Bruneyə məxsus olan otellərə Hollivuddakı Beverli Hills və Londondakı Dorçester kimi dəbdəbəli otellər daxildir.

Müsəlman monarxiya ölkəsi Bruney lesbian, qey, biseksual və transseksual insanların daşqalaq edilməsinə imkan verən şəriət qanununu qəbul edib.

Ötən həftə aktyor Corc Kluni Bruneyə məxsus oteldə qalmağı "öz vətəndaşları olan homoseksualları ittiham edərək, öldürməyi və daşqalaq etməyi seçən şəxslərin ciblərinə birbaşa pul qoymaq" adlandırıb.

Boykotu dəstəkləyənlər arasında sabiq vitse-prezident Co Bayden, respublikaçı senator Ted Kruz və aktrisa Cemi Li Körtis də var.

XS
SM
MD
LG