Accessibility links

Hollandiyadakı hücumun motivləri araşdırılır


Hollandiya rəsmiləri Utrext şəhərində tramvayda 3 nəfərin ölümü, 5 nəfərin isə yaralanması ilə nəticələnən silahlı hücumun səbəblərini araşdırmaqda davam edir.

Hücumda şübhəli bilinən Türkiyədə anadan olmuş 37 yaşlı Gökmen Tanış bazar ertəsi hücumdan bir neçə saat sonra həbs edilib.

Çərşənbə günü hücumçu ilə qurbanlar arasında heç bir əlaqənin olmadığı bildirilib.

Əsas şübhəlidən əlavə daha iki nəfər nəzarət altına alınıb, lakin rəsmilər onların hücumda hansısa rolunun olduğuna dair detalları açıqlamayıb.

Hollandiyanın baş naziri Mark Ryutte bazar ertəsi “terror hücumu”nun istisna edilmədiyini desə də, Türkiyənin Anadolu xəbər agentliyi Tanışın Türkiyədə yaşayan ailəsinə istinadən bildirib ki, atışma ailədə baş vermiş münaqişənin bir hissəsi ola bilər.

Hollandiyanın regional hakimi hücumçunun əvvəl də həbs edildiyini bəyan etsə də, onunla bağlı əlavə məlumat verməyib.

Hollandiyadakı məscidlərdə olduğu kimi aeroportlarda da təhlükəsizlik tədbirləri gücləndirilib. Utrext şəhərində məktəblər bağlanıb, sakinlərə isə edvə qalmaları tövsiyə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG