Accessibility links

Hollandiyada hücum həyata keçirən şəxs günahını etiraf edib


Gökmen Tanış
Gökmen Tanış

Hollandiyalı prokurorların bildirdiyinə görə, bu həftə Utrext şəhərində tramvayda üç nəfəri öldürməkdə şübhəli bilinən şəxs cümə günü hakim qarşısında gühanını boynuna alıb və təkbaşına hərəkət etdiyini bildirib.

Türkiyədə dünyaya gələn 37 yaşlı Gökmün Tanış martın 18-də baş verən hücumu terror niyyəti ilə həyata keçirməkdə ittiham olunur. Rəsmilər həmçinin onun başqa motivlərinin olub-olmadığını da təhqiq edir. Prokurorlar Tanışın etirafı ilə bağlı başqa heç bir məlumat paylaşmayıb.

Bazar ertəsi Hollandiya təhlükəsizlik qüvvələri tərəfindən yeddi saat davam edən təqibdən sonra saxlanılan Tanışın həbs müddəti cümə günü iki həftə uzadılıb.

Onun iki həftə ərzində məhkəməyə çıxarılacağı gözlənilir və o zaman onun həbs müddəti 90 gün uzadıla bilər.

Çərşənbə axşamı Tanış onun evində həbs olunduğu üçün saxlanılan 40 yaşlı kişi cümə günü azadlığa buraxılıb, çünki onun hücumla hər hansı əlaqəsi olduğuna dair heç bir sübut tapılmayıb.

XS
SM
MD
LG