3 il əvvəl hollandiyalı məcaraçı öz elektrik maşınına minərək səyahətə çıxıb. Onun Volkswagen maşını digər elektrik maşınların müşayiəti ilə Avstraliyaya çatıb. Bu, onun ikinci macəra dolu səfəri olub.
"2016-cı ilin mart ayından Amsterdamdan Sidneyə istiqamət almışam. Elektrik maşınla və pulsuz" - deyə, Vibe Vakker bildirib.
Macəraçı 2009-cu il istehsalı adı "Blue Bandit" olan Volkswagen yola çıxıb və onlayn iyanələrlə tarix yazmağa nail olub.
"Mən insanlardan yardım istədim. Veb səhifəmə yemək, qalmağa yer və maşınım üçün elektrik yardımı xahiş etdim."
Dinamik duetin rekord əldə edilməsi ilk dəfə elektrik maşınla səyahətlə izah edilir. Vakker deyir ki, onun kursu insanların yardımları ilə müəyyən edilib. Və bu, bəzi tənqidçilərin yanlış olduğuna isbat şansı olub.
"Mənim məqsədim insanlara elktrik maşınların üstünlüklərini göstərmək idi. …"
…Bəzi insanlar ön yarqılarına görə elektrik maşınlardan imtina edir. Onlar maşınların davamlılığına inanmır, uzun səyahətlər etmək istəmir. Mən bir dəlilik edərək, Amsterdamdan dünyanın o biri tərəfinə getməklə sadəcə bunun mümkün olduğunu göstərmək istədim."
Vakkerlə "Bandit"in 100 min km-ə yaxın səyahəti 1119 gün sürüb, 3 il vaxt aparıb və 33 ölkəni əhatə edib.
Vakkerin dediyinə görə, səyahət karbondan azad gələcəyin təbliği mahiyyəti daşıyıb. Lakin "Bandit"in avtomobil istesalında cəmi 50 bu növ maşın siyahısında olması alıcılar üçün heç də sevindirici xəbər deyil.