Accessibility links

Los Ancelesdə “HOLLYWOOD” işarəsinə müdaxilə edilib


Los Ancelesdə məşhur Hollivud işarəsinə Yeni İl günü müdaxilə edilib.

Polisin bildirdiyinə görə hadisəni törədən xuliqan ikonik işarəni dövrəyə alaraq qoruyan hasarı aşaraq son iki “O” hərflərini “E” həriflərinə dəyişib. Beləliklə indi işarə “HOLLYWOOD” deyil “HOLLYWeeD” oxunur.

Dağ üzərində olan və Qriffit parkına baxan işarənin yerləşdiyi ərazini ziyarət edən turistlər bazar günü səhəri burada keçirərək hərflər bərpa edilməzdən əvvəl dəyişilmiş işarə önündə şəkillər çəkdirib.

Bu prenk noyabrda Kaliforniya ştatında 2018-ci ildən etibarən marixuanadan istifadə edilməsini qanuniləşdirən 64-cü düzəlişə işarə kimi qiymətləndirilə bilər.

XS
SM
MD
LG