Accessibility links

Televiziya və film sənayesi Los Ancelesdən Birləşmiş Ştatların başqa şəhərlərinə köçür


Bir çox insan Los Anceles şəhərini, Hollivudu dünyada əyləncənin mərkəzi kimi tanıyır. Amma şəhərin əksər televiziya və film sənayesi Los Ancelesdən Birləşmiş Ştatların başqa şəhərlərinə köçür.



Los Ancelesdə yeni Vegas televiziya şousunun çəkilişlərində nahar vaxtıdır. Lakin bu il yeni televiziya şoularının bir çoxu Kaliforniyada çəkilməyib. Stiv Mayklson bu kimi şoularda iştirak edənləri, çəkiliş komandasını yeməklə təmin edən şirkətin sahibkarlarındandır. O deyir ki, son vaxtlar Los Ancelesdə biznes zəifləyib.

Stiv Mayklson: “Dünən bir şirkət mənə zəng etdi. Onlar beş yemək daşıyan maşınlarını mənə satmaq istəyirlər. Ona görə ki, onlar bizneslərini dayandırırlar.”

Televiziya və film sənayelərinə xidmət göstərən bəzi yemək şirkətləri film şirkətlərinin ardınca Los Ancelesi tərk edir.

Paul Audley Film LA-in prezidentidir. Bu təşkilat çəkilişlər üçün ərazi icazəsi verir. O, mənfi dəyişikliklərin baş verdiyini deyir. Əsasən də televiziya sənayesində.

Paul Audley: “Məsələn, bu il tanıdığımız 23 yeni televiziya şousundan 21-i ştatdan gedir.
.

Bela Bajaria Universal Televiziya studiyasında yüksək rütbəli işçidir. O deyir ki, başqa şəhərlər film studiyalarını on il bundan əvvəl cəlb etməyə başlayıb.

Bela Bajaria: “Yeni Orleans film çəkilişləri üçün vergiləri azaldan ilk şəhər oldu və bundan sonra bir neçə başqa ştat da Yeni-Orleana qoşuldu.”

2004-cü ildə Yeni Orleansda 16 film çəkilib və televiziya layihələri həyata keçirilib. Skype müsahibəsində Film New Orleans-ın direktoru Keyti Villiams bu il Yeni-Orleansda 50-dən çox filmin çəkildiyini deyib. O deyir ki, vergidə dəyişiklik bu şəhərdə film sənayesinin inkişafına yardım etdi.

Keyti Villiams: “Film çəkilişləri üçün nə lazımdırsa bu ştatda, xüsusilə də bu şəhərdə var. Beləliklə, yeni iş yerləri də açılır.”

Nyu-York film və televiziya sənayesi üçün başqa bir ştatdır. Duqlas Steyner Bruklində fəaliyyət göstərən və inkişaf edən Steyner Studiosunun rəhbəridir.

Duqlas Steyner: “Şəhərin meri Blumberq Nyu Yorkda film çəkilişlərini asanlaşdırıb. Qubernator Kuomo isə Nyu Yorkda çəkilişləri əlverişli edib.”

Və rəqabət qloballaşıb. Bu rəqabətə indi Kanada, eyni zamanda Şərqi Avropa, Asiya və Avropa da qoşulub.
XS
SM
MD
LG