Accessibility links

Hollivud və qadın (II hissə)


Hollivud və qadın (II hissə)
please wait

No media source currently available

0:00 0:02:51 0:00

“MeToo” və “TimesUp” hərəkatları başlayandan bəri filmlərdə qadınla bağlı nüanslara və qadın hekayayələrinə daha çox yer verilir. Lakin Hollivudda qadınlara ədalətli münasibətin olmasını tələb edən fəallar bu yolda daha çox iş görülməli olduğunu deyir.

“Wonder Woman”,A Wrinkle in Time", “The Beguiled” - Bu, son zamanlar qadınlardan bəhs edən filmlərdən üçüdür. Bu kimi filmlər “MeToo” hərəkatının diqqətləri seksizm və cinsi zorakılığa cəlb etməsindən sonra artdı. Corc Meyson universitetindən professor Liza Koç hərəkatda qadınların sayının sürətlə artdığını və hərəkatın fonduna çox miqdarda pul ianə edildiyini deyir. “Bu, Hollivudda 300 nəfər qadınla başladı və dramatik şəkildə genişləndi. Belə ki, 700 min fermer qadın onları dəstəkləyəcəyinə söz verdi. İlk 60 gündə 21 milyon dollar toplandı.”

Oskar mükafatı almış məşhur aktrisa Ceyn Fonda yerli idarələrdə və fermalarda işləyən qadınlar adından Konqresə müraciət etdi. “Əgər biz doğrudan da işçilərin bu problemlərini həll etmək, onları iş yerlərində cinsi zorakılığa məruz qalması kimi hallara həqiqətən də müqavimət göstərmək istəyiriksə, bu problemlər bir-biri ilə əlaqədardır və biz bütün qadınlarla bir dayanmalıyıq,"

Kino-rejissor və fəal Şennon Li deyir ki, qadın rejissorlar və digər film yaradıcıları qadınlara daha çox iş təklif edir, onlara bərabər maaş ödəyir və daha geniş yaradıcılıq imkanları verir. “Ava DüVernayn kimi film istehsalçılarından ibarət kollektivdə rejissorlarının hamısı qadınlardır.”

Hər iki qadın deyir ki, məqsəd 2020-ci ilə qədər bu sənayedə nisbətin 50/50-yə çatdırılmasıdır.

Minlərlə insan təcavüz və diskriminasiyaya qarşı hüquqi yardım almaq məqsədilə paytaxt Vaşinqtondakı Qadınların Milli Hüquq Mərkəzinin qarşısına toplaşdı. Təşkilatın hüquq məsələləri üzrə director Sunu Çandi hər iki hərəkatın-həm qadınların açıq şəkildə zorakılığa qarşı mübarizə aparan “MeToo”, həm də qadınlara qarşı cinsi zorakılığa əl atan Bill Kosbi kimilərinin ədalət qarşısına çıxarılıb məhkum edilməsinə çalışan “Time’s Up” hərəkatlarının Hollywood da daxil olmaqla, hər yerdə ədalətin bərqərar olmasına yardım etmək üçün əhəmiyyətli addımlar atdığını deyir. “Adətən kişilərin cəlb edildiyi rollara qadınların da qəbul edilməsinə çalışmaq bizim ən başlıca hədəfimizdir” deyə, Sunu Çandi bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG