Accessibility links

Hollivudun gələcək nəsli


Hollivudun gələcək nəsli
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Kinemotoqrafiya sənayesi yeni proqram çərçivəsində gənc istedadları praktika və təlimlərə cəlb edir. Academy Gold proqramın bəzi iştirakçıları miqrantlar və mühacir uşaqlarıdır.

Bir çoxları Hollivuda kamera qarşısında şöhrət qazanmaq arzusi ilə gəlsə də, bu gəncləri daha çox arxa plan maqraqlandırır.

“Mən hələ gəncəm. Lakin gələcəkdə kinemotoqraf olmaq istəyirəm”- deyə, Ayris Li bildirib.

Ayris Li yenicə kollec məzunu olub. O, filmlər izləməklə böyüyüb. Amerikada anadan olan Ayrisin valideynləri Tayvandan gəlib. O, valideynlərini istədiyi işin vaxt aparacağında əmin edib.

“Onlar buraya gəldikdə mənim incəsənət sahəsinə qoşulacağımı təxmin etmirdilər. Mühacirlərin ilk nəsli bu sahəyə qoşulmur.”

Bədii film və elm akademiyası mühacir uşaqlara imkanlar yaradır.

“Afro-amerikalılar, latın ametrikalıları, asiyalı amerikalılar və qadınların bu sahənin əsas iş kateqoriyalarında iştirak etmələrinə imkan yaradırıq”, akademiyanın sözçüsü Edqar Agurre bildirib.

Yəmənli Yusif Assabahi televiziya və film sahəsində dəyişikliklər etmək istəyir.

“Bir çox televiziya şouları var ki, orada yəmənlilər fanatik, radikal kimi göstərilir. Sanki onların Qərbə hücum etməkdən başqa heç bir məqsədləri yoxdur. Bu, doğru deyil.”

Assabahi doğulduğu Yəmənlə ABŞ arasında səyahət edərək boya-başa çatıb. O, validenlərinə yazıçı və rejissor olmaq arzusunu bildirib.

“Onlar bu karyeranın bir qədər riskli olduğunu dedi. Lakin mənim bu işi sevdiyimi bildikləri üçün müqavimət göstərmədilər.”

Academy Gold praktikantları film istehsalından maliyyə məsələlərinə qədər hər bir sahədə təcrübə keçir. Bu proqram yay tətilləri vaxtı keçirilsə də, onlar il ərzində təlimlərdən keçəcək.

Təşkilatçıların dediyinə görə, məqsəd Hollivudda çox da təmsil edilməyən istedadlara təməl yaradılmasıdır.

XS
SM
MD
LG