Accessibility links

Hollivudun sənədsiz aktyoru [Video]


Hollivudun sənədsiz aktyoru
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Hollivudun əslən Qərbi Afrika ölkəsindən olan aktyoru bu yaxınlarda sənədsiz miqrant olduğunu bəyan edib. Bambadcan Bamba valideynləri tərəfindən ölkəyə Obama administrasiyasının DACA proqramına əsasən gətirilib. Bu proqrama əsasən qanunsuz gətirilən uşaqların ölkədə yaşayıb, işləməsi leqal hesab edilirdi. Reportajda Bambadcan Bambanın mühaicr statusunu niyə məhz indi açıladığından bəhs edilir.

“Qara Bəbir” yalnız komediya kitabı əsasında çəkilən filmin super-qəhrəman filmi deyil. Bu film arzulara nail olunmasıdır. “Mən uzun illər bu filmin bir hissəsi olmaq istəyirdim” deyə, Bambadcan Bamba bildirir.

Bunu Hollivudda etmək o qədər də çətin deyil. Bamba bu sirlə uzun illər, qorxu içərisində yaşayıb. “Mən qara mühacirəm, Qara və sənədsiz. Çox imkanlarım olub, təkilifi və ssenarini alır, lakin ölkədən çıxa bilmirdim. Bəzən filmlər Kanadada çəkilirdi, lakin mən oraya belə gedə bilmirdim.”

Fil Dişi Sahilindən olan aktyor Birləşmiş Ştatlara DACA proqramı ilə gəlib. Bu statusu olan şəxslərın Amerikada işləmək hüququ var.

O, ailəsi ilə Amerikaya gələndə 10 yaşı var idi. O zaman Fil Dişi Sahilində qarışıqlıq idi. “Ölkə iki hissəyə bölünmüşdü, Vətəndaş müharibəsi idi. Minlərlə insan öldü.”

Bambanın Birləşmiş Ştatlarda qanuni iş status olsa da, Hollivud onun bu ölkəyə gəldiyi DACA proqramı ilə tanış deyildi. “Onlar DACA proqramının nə olduğunu bilmir. Onlar yalnız soruşur, “sənin green kartln var? Mən isə deyirəm ki, mənim hökumətin verdiyi iş icazəm var, vəssalam.”

Mühacirət statusunu ictimailəşdirmək fikri peşəkar risk yarada bilər. Bamba bunu gizlətməyin daha pis nəticələr verə biləcəyini deyir. Mən öz hekayəmlə hökuməti bu proqramı ləğv etmək istədiyini bəyan etdikdən sonra bölüşdüm. Mən başa düşdüm ki, ya mübarizə aparmalıyam, ya da qorxub qaçmalıyam.”

Sentyabr ayında prezident Tramp bu plana son qoymaq qərarını bəyan etdi və Konqresi bunu təsdiq etməyə çağırdı. Bamba isə prezidentə belə müraciət edir: “Cənab prezident, siz bu sözü bu arzu ilə yaşayanlara verdiniz. Siz bizə bir çıxış yolu tapacağınıza söz verdiniz. Biz yalnız sizin cavabdeh olmağınızı istəyirik.”

Petisiya Hollivudu Bamba kimi sənədsiz mühacirlərə dəstək verməyə çağırır.

XS
SM
MD
LG