Accessibility links

Hollivud ulduzları prezidentliyə namizədlərə dəstək verir VİDEO


Məşhurlar və siyasət
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Məşhurlar və siyasət

Məşhurların dəstəyi cənab Obamaya gənclər tərəfindən verilən səslərin artmasına səbəb olub

Məşhurlar və siyasət
please wait

No media source currently available

0:00 0:02:42 0:00

1920-ci illərdən bəri Hollivud ulduzları siyasətçi namizədlərə dəstək verir. Builki seçkilərdə də məşhurların çoxu öz adları və bəzən də maliyyələri ilə namizədlərə dəstək verib. Lakin onların insanların siyası baxışlarına və səs vermələrinə kifayət qədər təsiri varmı?

2008-ci ildə prezident seçkilərində Bono və Opra Vinfrey kimi məşhurlar Barak Obamanın seçki kampaniyasına dəstək verdi. Onların dəstəyinin cənab Obamaya gənclər tərəfindən verilən səslərin artmasına səbəb olduğu deyilir.

Bu il qadınların problemlərinə geniş yer verildiyi üçün Cenifer Lopez, Biyonse və Culian Mur kimi ulduzlar seçici auditoriyasına Mit Romninin qadınlara müharibə elan edəcəyi barədə xəbərdarlıq edirdi. Mit Romni isə bunu inkar edir.

Madonna da cənab Obamanı dəstəklədi. Lakin o, Nyu-Orleanda səhnəyə çıxıb fikrini bildirəndə onu fitə basdılar.

Cənab Obamanı eləcə də Ellen Deceneres, Ancelina Joli, Ledi Qaqa və Keti Perri dəstəklədi.

Lakin Mit Romninin Hollivudda populyar olmadığını demək olmaz. Aktyor və rejissor Klint İstvud cənab Romnini dəstəklədi. Lakin Respublikaçıların Milli Konqresində çıxışı zamanı İstvudun boş stula müraciət etməsi tənqidlərlə qarşılandı.

Mühafizəkar xristian olan Çak Norris də Mit Romninin tərəfdarlarındandır. O, həyat yoldaşı ilə çəkildiyi videoda amerikalılara “Obama ilə min il qaranlıqda olacağıq” –deyə, müraciət edib.

Hollivud məşhurları Stiven Spilberq və Sara Cessika Parker də namizədləri maliyyə yardımı ilə dəstəkləyiblər. Onlar maliyyə toplamaq üçün böyük fondlar yaradıblar.

Seçki kampaniyalarının sonuna az qalmış Brüs Sprinqstin və digər musiqiçilər üstünlük verdikləri namizədləri ruhlandırmaq üçün rok-konsertlər verdi.
XS
SM
MD
LG