Accessibility links

Ceyms Holmsa qarşı rəsmi ittihamlar irəli sürülüb


Kolorado kino-teatrında insanları atəşə tutan Ceyms Holmsa qarşı bu gün qətl, qətlə cəhd və silah daşımaq kimi 142 ittihamlar irəli sürülüb. Məhkəmə zamanı onun ittihamları emosiyasız dinlədiyi bildirilir.

Prokurorluğun onun ölüm cəzasına məhkum edilməsini tələb edəcəyi gözlənilir.

Ceyms Holms iyul ayının 20-də gözyaşardıcı qazla dolu kanistrı növbədə gözləyən insanların üzərinə atıb və bundan sonra kütləni atəşə tutub.

Hücum 12 adamın ölümü və 58-nin yaralanmasına səbəb olub

Holms Denver universitetin tibb fakültəsinin keçmiş tələbəsi olub.
XS
SM
MD
LG