Accessibility links

Honda Britaniyadakı zavodunu bağlayır, Şimali Amerikaya köçürməyi nəzərdən keçirir


Honda Britaniyadakı zavodunu bağlayır, Şimali Amerikaya köçürməyi nəzərdən keçirir
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Honda Motor şirkəti çərşənbə axşamı 2021-ci ildə Britaniyadakı yeganə maşın zavodunu bağlayacağını və hazırkı istehsalatı Şimali Amerika və digər regionlara köçürməyi nəzərdən keçirdiyini elan edib.

Yaponiyanın maşın istehsalçısının bu qərarı martın 29-da Avropa İttifaqından ayrılmağa hazırlaşan Britaniya iqtisadiyyatına böyük zərbədir.

Honda Civic Coupe
Honda Civic Coupe

Şirkət 3500 iş yerinin bağlanmasına gətirib çıxaraq qərarını Tokioda mətbuat konfransında açıqlayıb.

Hondanın prezidenti və baş icraçı direktoru Takahiro Haçiqo deyib ki, qərar Brexit-ə deyil, qlobal bazardakı dəyişikliklərə əsaslanır. O bunu şirkətin qlobal rəqabətliliyini qorumaq üçün elektrik maşın istehsalını artırmaq ehtiyacı ilə əlaqələndirib.

“Bildiyiniz kimi, dörd-təkərli sənaye dəyişiklik nöqtəsi ilə üzləşir. Bu şərtlər altında Hondanın ayaqda qala bilməsi üçün biz müştəriləmizin ehtiyaclarını qarşılayacaq məhsualları sürətli şəkildə bazara təqdim etməliyik və gələcək üçün yeni dəyərlər yaratmağa davam etməliyik”, Haçiqo deyib.

Bildiyiniz kimi, dörd-təkərli sənaye dəyişiklik nöqtəsi ilə üzləşir. Bu şərtlər altında Hondanın ayaqda qala bilməsi üçün biz müştəriləmizin ehtiyaclarını qarşılayacaq məhsualları sürətli şəkildə bazara təqdim etməliyik və gələcək üçün yeni dəyərlər yaratmağa davam etməliyik.
Takahito Haçiqo

Haçiqo əlavə edib ki, Birləşmiş Krallıq zavodu hazırda qlobal satış üçün nəzərdə tutulan Civic hetçbekləri istehsal edir.

Şirkət həmçinin 2021-ci ildən etibarən Türkiyədəki zavodunda Civic modelinin istehsalını da dayandıracaq, amma ölkədəki digər əməliyyatları davam edəcək.

“Biz 2021-ci ilədək Hondanın Birləşmiş Krallıq zavodunda maşınların istehsalını dayandırmaq üçün həmkarlar ittifaqı ilə danışıqlara başlamışıq. Bununla yanaşı biz 2021-ci ildə Türkiyədəki dörd-təkərli maşın zavodunda Civic modellərinin istehsalını da dayandırmağa qərar vermişik”, Haçiko söyləyib.

İngiltərənin cənubunda Suindon zavodunu bağlamaq qərarı 3500 iş yerinin itirilməsi ilə yanaşı Brexit ərəfəsində Britaniyanın istehsal sektoruna simvolik zərbə vurur. Bir neçə digər avtomobil istehsalçılarının da Birləşmiş Krallıq və Avropadakı mövcudluğunu nəzərdən keçirdiyi deyilir.

XS
SM
MD
LG