Accessibility links

Honq Konqda çöl siçanlarında koronavirusun delta variantı aşkar edilib


Honq Konq rəsmiləri çərşənbə axşamı bir işçinin və bir neçə heyvanın koronavirus testinin müsbət çıxmasından sonra heyvan mağazasında çöl siçanları da daxil olmaqla, təxminən iki min kiçik heyvanın öldürüləcəyini bildirib.

Kənd Təsərrüfatı, Balıqçılıq və Təbiəti Mühafizə Nazirlikləri rəsmilərinin dediyinə görə, şəhərdə çöl siçanları və kiçik məməlilərin idxalı da dayandırılacaq.

Heyvan mağazasının işçisi və Hollandiyadan gətirilən bir neçə çöl siçanına bazar ertəsi edilən delta variantına testi müsbət olub.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi heyvanların koronavirusun yayılmasında əhəmiyyətli rol oynamadığını bildirsə də, Honq Konq rəsmiləri heyvanlar və insanlar arasında yoluxma ehtimalını istisna etmədiklərini deyib.

"Biz dükan sahibinin əslində çöl siçanlarından yoluxması ehtimalını istisna edə bilmərik" deyə, Sağlamlığın Mühafizəsi Mərkəzinin nəzarətçisi Edvin Tsui bildirib.

Bu koronavirus çox güman ki, heyvanlardan insanlara keçsə də, virus insanlar arasında çox asanlıqla yayıldığı üçün epidemiya pandemiyaya çevrilib. Ontario Baytarlıq Kollecindən doktor Skott Viisin dediyinə görə, çöl sıçanları virusu insanlardan tutan və onu geri qaytaran yeganə məlum heyvanlardır.

Rəsmilər yanvarın 7-dən sonra mağazadan çöl sıçanı alan müştərilərin izləniləcəyini və məcburi karantinə salınacağını və çöl sıçanlarınıbasdırmaq üçün təhvil verməli olduqlarını bildirib.

Honq Konqdakı bütün heyvan mağazalarının çöl sıçanlarının dayandırıldığı, şinşillalar da daxil olmaqla, 2000-ə yaxın kiçik məməlinin humanist şəkildə öldürüləcəyi bildirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG