Accessibility links

Honq Konqda nümayişlər davam edir


Honq Konq polisi bazar günü gecə demokratiya tələbi ilə yenidən Çinə məxsus ərazinin küçələrinə çıxan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

On minlərlə insan yeddinci həftə sonu davam edən nümayişlərə qatılıb. Etirazçılardan bəziləri Çinin Pekinin rabitə binasındakı milli gerbinə xəsarət yetirib, binaya yumurta və mürəkkəb atıb, ətrafdakı təhlükəsizlik kameralarını rənglə boyayıb.

Dinc başlayaraq bir neçə həftədir zorakılıqlarla davam edən nümayişlər bazar günü də polislə etirazçılar arasında qarşıdurmalarla davam edib.

Bir neçə saat sonra “Triad” gangsterləri olduğu iddia edilən, ağ rəngli paltarlardakı bir qrup hücumçunun Honq Konq metro stansiyasında millət vəkili Lam Çeuk-Tinqə hücum etməsinin mobil telefonla çəkilmiş videoları yayılıb.

Şahidlərin dediyinə görə, belə görünür həmin qrup hökumətə qarşı keçirilən nümayişlərin qara paltarlı iştitakçılarını hədəf alıb.

Aksiya iştirakçıları cinayətkarlıqda ittiham edilən sakinlərin Çində mühakimə edilməsi qanununun əleyhinədir.

XS
SM
MD
LG