Accessibility links

Honq Konqda aksiyaların həcmi kiçilib


Honq Konqda demokratiya tərəfdarı nümayişçilər aksiyalarının həcmini kiçildib. Hökumət isə nümayişləri ictimai asayişə hədə kimi qiymətləndirməklə yanaşı, fəalların zorakılıqlarını daxili terrorizm adlandırıb.

Artıq 4 aydır ki, şəhərdə etirazlar səngimək bilmir. Çinin Honqun Konqun muxtariyyətini ləğv etmək cəhdi və azadlıqları boğmasından sonra əhali etirazlara başlayıb.

Yağışlı bazar günü 1000-dən artıq insan ticarət mərkəzinin eyvanlarına çıxaraq, "azadlıq mübarizəsi"nə çağırıb.

Honq Konqda şənbə günü də keçilirən demokratiya nümayişləri daha öncəki kütləvi etirazlarla müqayisədə daha kiçikmiqyaslı olub.

Şənbə ən böyük yürüş Monq Konq ticarət rayonunda keçirilib. Həmin yürüşdə minlərlə insan iştirak edib.

Qara paltar geyinmiş bəzi etirazçılar hökümət binaları və metro stansiyalarında divarları boyayıb, digərləri isə yolları bloklayıb.

İğtişaş polisi qara bayraq göstərərək, göz yaşardıcı qazdan istifadə edəcklərinə işarə etsə də, gündüz keçirilən yürüşdə heç bir tədbir görməyib.

Etirazçıların çoxu gənc və maskalı olub. Lakin bundan əlavə bəzi valideynlər balaca körpələri və uşaqları ilə birlikdə etiraza qatılıb. Balaca qızı ilə birlikdə maska taxıb yürüş edən bir ata deyib ki, o, nümayişdə onların təhlükəsizliyindən o qədər narahat deyil, daha çox Honq Konqun “gələcəkdə Çin höküməti” tərəfindən repressiv nəzarətindən narahatdır.

Şənbə günü nümayişlərdə ötən həftə ilə müqayisədə daha az insan iştirak edib.

XS
SM
MD
LG