Accessibility links

Honq Konq polisi etirazçıların toplaşdığı yerdə barrikadaları uçurub


Honq Konq polisi maliyyə rayonunda iki həftədən çoxdur siyasi islahatlar tələbi ilə nümayişlər keçirən etirazçıların toplaşdığı yerdə barrikadaları uçurub.

Yüzlərlə polis Honq Konqun mərkəzində etirazçıların demokratiyaya səsləyən plakatlarını məhv edib və çadırları uçurub.

Etiazçılardan ibarət kütlə polislə mübahisə etsələr də polisə müqavimət göstərməyib.

Polis bildirib ki, nümayişçilər aksyalarını davam etdirə bilər, lakin nəqliyyatın qarşısını ala bilməz.

Bir neçə saat əvvəl digər bir nümayişdə polis metal barrikadaları uçurub. Polis burada da bu addımı nəqliyyatı bərpa etmək məqsədi ilə atdığını bildirib.

Polis sözçüsü daha sonra rəsmilərin nümayişlərin keçirildiyi digər yerləri də hədəf alacağını bildirib.

XS
SM
MD
LG