Accessibility links

Honq Konqda mülki qulluqçular idarələrə qayıdır [Fotoqalereya]


Honq Konqda demokratiya tərəfdarı nümayişlər hökumət idarələrinin yerləşdiyi ərazini bir həftədən çox iflic vəziyyətində saxlayandan sonra mülki qulluqçular bu gün yenidən hökumət qərargahlarında işə çıxmağa başlayıblar.

Məmurlara nünayişçilərin barrikadaları arasından keçərək binalara daxil olmağa icazə verilib.

Ötən həftə küçələrə axışan on minlərlə nümayişçi onları dağıtmağa çalışan polislə toqquşub.

Rəsmiləri etirazçılara müraciət edərək bizneslərin, məktəblərin və hökumət binalarının fəaliyyətini bərpa etməsi məqsədi ilə onlara küçələri boşaltmaq üçün bu günədək vaxt vermişdi.

Honq Konq polisi qarşıdurma zamanı 19 nəfəri həbs edib. Onlar bir neçə polis də daxil olmaqla, 18 nəfəri yaralamaqda ittiham olunurlar. Polis saxlanılanların üçlük kimi tanınan mütəşəkkil cinayətkar qrupu ilə əlaqəsi olduğunu bildirib.

Honq Konqun təhlükəsizlik rəhbəri Lay Tunq-kvok şəhər rəsmilərinin nümayişçilərə qarşı bandalardan istifadə etdiyinə dair iddiaları rədd edib. O, iddiaları şaiyə adlandıraraq, bunların əsassız olduğunu deyib.

Əksəriyyəti tələbələr olan on minlərlə etirazçı Honq Konqun əsas küçələrini bir həftəyə yaxındır ki, nəqliyyata və ticarətə bağlayıb.

XS
SM
MD
LG