Accessibility links

Honq Konq polisi universitet kampusunda silah axtarıb


Pekin hökumətinin Birləşmiş Ştatları Çinin bu ərazisində insan haqlarının müdafiəsinə dair qanun layihəsini imzalaması ilə əlaqədar kəskin tənqid etdiyi vaxt, polis dəstələri hökumət əleyhinə nümayişlərdə qaynar nöqtə olan Honq Konq universitetinin kampusunda təmizləmə işlərinə başlayıb.

Polis Politexnik Universitetinə iki gün davam edən və çərşənbə günü başa çatan axtarışlardan sonra universitet rəhbərliyinin kampus daxilində heç kəsin olmadığına inandığını bildirməsindən sonra daxil olub. Müəllimlər yalnız xəsarət almış bir gənc qadını və benzin bombaları da daxil edilməklə, təhlükəli əşyalar tapıb.

Polisin əməliyyata başlamasından bir neçə saat əvvəl maskalı bir etirazçı gizləndiyi yerdən çıxaraq, jurnalistlərə içəridə 20 nəfərə qədər etirazçının qaldığını deyib.

"Qalan etirazçılar polisə heç vaxt güvənməyib. Bu isə universitet rəhbərliyinin son bir neçə gün axtarış apararkən bizi nəyə görə tapmamasının səbəbidir", adının Ah Bon olduğunu deyən etirazçı bildirib.

Əsas tuneli bağladıqdan və polislə toqquşma zamanı girişlərdəki sədləri yandırdıqdan sonra etrirazçıların içərisində olduğu universitet kampusu polis tərəfindən 11 gün mühasirədə olub. Mindən çox etirazçı ya kampusu tərk edıb, ya da həbs olunub.

Yüksək rütbəli polis zabiti Çou Yat Min əməliyyatın əsas məqsədinin etirazçıları həbs etmək deyil, ictimai təhlükəsizliyə hədə olan təhlükəli əşyaların çıxarılması və kampusdakı binalara "zərər verilməsi" ilə bağlı dəlillərin toplanması olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG