Accessibility links

Çin Honq Konqa yeni qoşunlar yerləşdirdi


Çin etirazçıların bu ölkə tərəfindən idarə olunan şəhərə tam demokratiya verilməsi çağırışı ilə nümayiş keçirməsinə bir neçə gün qalmış, cümə axşamı Honq Konqa yeni qoşun yerləşdirdib. Rəsmi Pekin bunu hərbi diviziyanın müntəzəm yerdəyişməsi olduğunu bildirib.

Çin dövlətnin mediası qoşunların yerləşdirilməsinin adi hal olduğunu bildirib. Keçmiş Britaniya koloniyasındakı 'Xalq Qurtuluş Ordusu' (PLA) qüvvələrini izləyən Asiya və Qərb diplomatları isə bu addımı gözləyirdi.

Buna baxmayaraq qoşunların şəhərə yeridilməsi 1997-ci ildə Çinə Xüsusi İnzibati Bölgə olaraq qaytarılan və iyun ayından bəri şiddətli etiraz dalğaları ilə üzləşən Honq Konqda gərginliyi daha da artırma ehtimalı var.

Xinhua dövlət xəbər agentliyi hərbi hava, quru və dəniz qüvvələrinin rotasiya işini tamamladığını bildirib. Onlar həmçinin səhərə yaxın Honq Konqa doğru irəliləyən zirehli maşınların və hərbi personal daşıyıcılarının görüntülərini yayımlayıb.

Xinhua 'Xalq Qurtuluş Ordusu'ndan sitat gətirərək, bu ordunun Honq Konqun firavanlığı və sabitliyini qorumaq üçün daha böyük töhfələr verəcəyini yazıb.

Təhlilçilər Çinin cənubundakı hərbi bazalar və Britaniyanın Honq Konqdakı keçmiş ordusunun yerləşdiyi kazarmalara 8 minlə ilə 10 min arasında əsgərin yerləşdirildiyini təxmin edirlər.

XS
SM
MD
LG