Bu həftə Honq Konq universitetində barrikada quran etirazçılar cümə günü bağladıqları yolu qismən təmizlədikdən və oranı tərk etməzdən əvvəl hökumətdən yerli seçkilərin noyanbrın 24-də keçirilməsini tələb edib.
Honq Konqun Çin Universitetindəki etirazçıların oranı nəyə görə tərk etdikləri və ya haraya gedə biləcəkləri aydın olmayıb.
Universitetin prezidenti Rokki Tuan hər kəsi universiteti tərk etməyə çağırıb və vəziyyətin nəzarətdən çıxdığını, belə görünür universitetin hökumətdən yardım istəməli olacağını deyib.
Bundan əvvəl etirazçılar Tolo şossesində hər istiqamətdəki bir zolağı təmizləyib. Rəsmilərin dediyinə görə, dağıntıları təmizləmək və yol hərəkəti qaydalarını tənzimləmək üçün göndərilən işçilər nümayişçilər tərəfindən döyülüb. Lakin yolun iki xətti günortadan sonra açılıb.
Etirazçılar gecə saat 3-də keçirdikləri mətbuat konfransı zamanı hökumətin 24 saat ərzində onların tələblərini yerinə yetirmədiyi təqdirdə yolun yenidən bağlanacağı və gözlənilməyən nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.