Minlərlə honq konqlu ABŞ Konqresinin “Honq Konqda İnsan Haqları və Demokratiya Qanunu”na səs verməyə hazırlaşdığı bir vaxt dəstək məqsədilə bu həftənin əvvəlində bir araya gəlib. Qanun qəbul olunarsa ABŞ hər il Honq Konqun iqtisadi vəziyyətini nəzərdən keçirməli olacaq və onun muxtariyyəti əleyhinə olan vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq edəcək.
Təşkilatçılar 10 gündə ilk dəfə, Birləşmiş Ştatların Honq Konqun islahat hərəkatına dəstək məqsədilə qanuni icazə verilən mitinqə azı 2 min insanın çıxacağını gözləyirdi. Lakin bu mitinqə gözləndiyindən xeyli çox insan toplaşdı.
Birləşmiş Ştatların “Honq Konqda İnsan Haqları və Demokratiya Qanunu”na dəstəklərini nümayiş etdirmək üçün bazar ertəsi axşam Honq Konqun kiçik bir meydançasına toplaşdı.
Qanun layihəsi Birləşmiş Ştatların hər il Honq Konqun iqtisadi vəziyyətini nəzərdən keçirməsinə və onun muxtariyyətına xələl gətirən, azadlığını boğmağa çalışan vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq etməsinə imkan yaradacaq. Ken Yu: “Dünyanın reaksiya verməsinin vaxtı gəldi, çünki bu, yalnız Honq Konq xalqının mübarizəsı deyil, bütün dünyanın mübarizəsidir. Demokratiya və azadlıq uğrunda mübarizədir. Amerikalılar da bunun tərəfdarıdır. ”
“Onlar bütün dünyanın qayğısına qalır. Onlar dünya polisidirlər. Fikrimcə onlar öz işlərini görməli, dünyada sülhü bərqərar etməlidirlər” deyə, digər iştirakçı bildirir.
Qanun layihəsini hər iki partiya dəstəkləyir və bu həftə səsə qoyula bilər. Dəstəklərini ifadə etmək üçün iki Respublikaçı senator keçən həftə sonu Honq Konqa səfər edib. Senator Coş Havli: “Bəzən bir şəhərin taleyi bütün nəslin taleyini müəyyənləşdirir. 50 il əvvəl Berlində olduğu kimi, bu gün Honq Konqdadır. Dünyanın azad insanları sənin yanındadır, buna görə deyə bilərik ki, biz hamımız honq konqluyuq.”
İyun ayından bəri Asiyanın bu iqtisadi mərkəzinin sakinləri islahat tələbi ilə hər həftə sonu küçələrə çıxır. Etirazçılar Pekinin şəhər üzərində nəzarəti gücləndirdiyini və azadlıqları məhdudlaşdırdığını hiss edir.
Son etirazlar polislə etirazçılar arasında toqquşma ilə nəticələndi və nümayişçiləri "terrorçu" adlandıran Pekin tərəfdarı məmurların qınağına səbəb olub.
Artıq geri alınan ekstradisiya qanun layihəsi səbəbindən başlayan etirazlar, daha böyük azadlıqlar və vətəndaş azadlıqları olmaqla, beş əsas tələblə davam edir.