Accessibility links

Honq-Konq aeroportunda etirazçılar oturaq aksiya keçirir


1000 nəfərdən çox etirazçı cümə günü Honq-Konq aeroportuna toplaşaraq oturaq etiraz aksiyası keçirir. Aksiyanın məqsədi müsafirləri son zamanlar bəziləri zorakılıqla nəticələnən şəhərdəki nümayişlər barədə məlumatlandırmaq olub.

Qara geyimli etirazçılar və aeroport işçiləri polisin demokratiya tərəfdarı nümayişçilərə hücumunu tənqid edib.

Son günlərdə Çinpərəst dəstələr nümayişçilərə hücum edərək bir neçə yerdə onları döyüblər.

Mobil telefonla çəkilən və sosial mediada yayılan videoda “Triad” gangsterləri olduğu iddia edilən bir qrupun Honq Konq metro stansiyasında etirazçılara dəmir borular və dəyənəklərlə hücum etdiyi göstərilib. .

Belə görünür həmin qrup hökumətə qarşı keçirilən nümayişlərin qara paltarlı iştitakçılarını hədəf alıb.

Etirazlar cinayət törətməkdə şübhəli bilinən Hong Kong sakinlərinin Çinə təhvil verilməsi haqda qanun layihəsinin rədd edilməsi ilə alovlanıb.

Ağ köynək geyinmiş Çinpərəst qoluzorlular nümayişçilərə hücum edərkən.
Ağ köynək geyinmiş Çinpərəst qoluzorlular nümayişçilərə hücum edərkən.

Bir müddətdir ki, Çinin müdaxilələrindən narazı qalan sakinlər habelə demokratik dəyərlərin qorunması naminə küçələrə çıxdıqlarını deyirlər.

Böyük Britaniyanın 1997-ci ildə Çinə təhvil verdiyi Honq Konq "bir ölkə iki sistem" formulu ilə idarə olunur. Həmin formula əsasən, Çində təkpartiyalı kommunist siyasi quruluş Honq Konqda tətbiq edilməməlidir.

Honq Konq sakinləri Britaniya idarəçliyindən miras qalmış liberal qanunlarla idarə olunur.

XS
SM
MD
LG