Accessibility links

Honq Konq demokratiya fəallarının məhkəmə vaxtı müəyyən edildi


Honq Konq tələbə hərəkatı lideri Coşua Vonq 2014-cü ildə keçirlən “Çətir etirazları” ilə bağlı məhkəmə prosesindən öncə kameraların qarşısında.
Honq Konq tələbə hərəkatı lideri Coşua Vonq 2014-cü ildə keçirlən “Çətir etirazları” ilə bağlı məhkəmə prosesindən öncə kameraların qarşısında.

Honq Konqda 2014-cü ildə kütləvi etirazlara rəhbərlik edən üç demokratiya fəalına qarşı həbs qərarının apelyasiyası ilə bağlı məhkəmənin keçiriləcəyi gün müəyyən edilib.

Ərazinin Yekun Apellyasiya Məhkəməsi çərşənbə günü elan etdi ki, Coşua Vonq, Aleks Çou və Neytan Lounu işi üzrə məhkəmə yanvar ayında keçiriləcək.

Vonq və Lou keçən ay məhkəmənin son qərarı verilənə qədər zaminə buraxılmışdılar. Çou isə öz növbəsində çərşənbə axşamı, dinləmələr zamanı zaminə buraxılıb.

Neytan Lou: “Apelyasiya məhkəməsi etiraz aksiyasının dinc keçirilmədiyini əsas gətirərək, çox sərt bir qərar qəbul etdi. Bu səbəbdən Yekun Apelyasiya Məhkəməsinə müraciət edərək, daha ədalətli qərar veriləcəyinə ümid edirik.”

Lou keçən il Honq Konq Qanunverici Şurasına seçilmişdi. Lakin o və bir neçə digər demokratiya fəalı parlament andiçmələri zamanı etiraz etdikləri üçün yerlərindən kənarlaşdırılıb.

XS
SM
MD
LG