Accessibility links

Honq-Konq etirazçıları yenidən hava limanına qayıdıb


Minlərlə etirazçı yerli hökumətlə mübarizə və ekstradisiya haqqında mübahisəli qanun layihəsi məsələsinə qlobal diqqəti çəkmək üçün bir neçə həftə ərzində ikinci dəfədir Honq-Konqun Beynəlxalq Hava Limanına toplaşıb.

Hava limanının "gəliş zalı" zərb alətləri çalan, şüarlar səsləndirən və "Azad Honq-Konq" mahnısı oxuyan etirazçılarla dolub. Onlar təyyarədən enən sərnişinlərin hava limanını tərk etmələrinə mane olmamaq üçün aralarında cığırlar açmalı olub.

Onlarla insan turistləri 10 həftədir davam edən etiraz hərəkatı barədə məlumatlandırmaq üçün ingilis və mandarin dilində broşürlər, stikerlər və çantalar paylayıb. Digərləri isə üzərində polislə olan zorakı qarşıdurmalar zamanı çəkilən şəkillərin əks etdirildiyi köynəklər geyinib və əllərində polisin qəddarlığı pisləyən plakatlar tutub.

Nümayişçilər etirazlarının səbəbini on minlərlə beynəlxalq səyahətçiyə çatdırmaq üçün bu həftə sonu ardıcıl olaraq üç gün hava limanında qalmağı planlaşdırdıqlarını bildirib.

Hökumətin hesablamalarına görə, 2018-ci ildə Honq-Konq Beynəlxalq Hava Limanından 220 istiqamətə 74 milyondan çox insan səyahət edib.

XS
SM
MD
LG