Accessibility links

Honq-Konq etirazlar doğuran qanunun ləğvini elan etdi


İnsan haqları fəalları Honq-Konq lideri Kerri Lamın ekstradisiya qanununa dəyişikliklər edilməsi cəhdinin baş tutmadığı ilə bağlı verdiyi qarantiyaları rədd edib.

Xanım Lam çərşənbə günü mediaya verdiyi açıqlamalarında qanunvericilik aktının etirazçıların tələb etdiyi kimi geri götürülb-götürülmədiyinə aydınlıq gətirməyib.

“Bütün bu narazılıqların və qarşıdurmaların axtarışda olan cinayətkarlara dair qanuna dəyişiklik edilməsi ilə bağlıdır. Mən demək olar ki, dərhal qanunda düzəlişlər edilməsini dayandırdım. Lakin hələ də hökumətin səmimiliyinə və ya hökumətin bu məsələni qanunvericilik orqanında yenidən qaldıracağına dair şübhələr mövcuddur. Mən təkrar edirəm ki, belə bir plan yoxdur. Bu qanun yoxdur” - deyə, Honq-Konq lideri bildirib.

Kerri Lam bu qanunun təsdiq edilməsi səylərini "tam uğursuzluq" adlandırarsa da, onun müzakirə masasında olmadığı barədə heç nə deməyib.

Ekstradisiya qanun layihəsi Honq Konqda cinayətdə şübhəli bilinən şəxslərin Çində məhkəmə qarşısına çıxarılmasına imkan yarada bilərdi. Əhəmiyyətli dərəcədə fərqli ədliyyə sistemi olan Çinə ekstradisiya ehtimalı Honq-Konqda beynəlxalq biznes qruplarından tutmuş, hüquq icması və demokratiya tərəfdarı partiyalara kimi bir çoxlarını narahat edir.

Qanuna etiraz olaraq milyonlarla insan Honq Konqda nümayişlərə çıxmışdır.

XS
SM
MD
LG