Accessibility links

Honq Konq hava limanında uçuşlar ikinci gündür təxirə salınır


Honq Konq hava limanı
Honq Konq hava limanı

Demokratiya tərəfdarı nümayişçilərin hava limanının əsas terminalını ələ keçirməsi səbəbilə Honq Konqun beynəlxalq hava limanındakı bütün uçuşlar çərşənbə axşamı artıq ikinci gündür təxirə salınıb.

Hava limanı rəsmiləri bu qərarı etirazçılar sərnişinlərin uçuş qapılarına doğru getmələrinin qarşısını alandan və xalqa hava limanına gəlməmək məsləhəti verdikdən sonra bütün qeydiyyatlar dayandırılandan bir neçə dəqiqə sonra verib.

Honq Konq hava limanı
Honq Konq hava limanı

Haha limanında bir gün öncə də bənzər nümayiş səbəbilə yüzlərlə uçuş təxirə salınıb. Honq Konqu tərk etmək istəyən bəzi qəzəbli sərnişinlər çərşənbə axşamı nümayişçilərlə qarşıdurma yaşayıb.

Dünyanın ən məşğul hava limanlarından biri olan Honq Konq hava limanının bağlanması iki ay öncə başlayan küçə etirazlarının davamıdır. Nümayişçilər yolları bağlayıb, polisin dağılmaq çağırışına cavab vermədiyi üçün iğtişaş polisinin göz yaşardıcı qaz sıxması və öldürməyən güllə ilə etirazçılara atəş açması nətiəsində bazar ertəsi onlarla nümayişçi xəsarət alıb.

Birləşmiş Millətlər Təşkilatının insan haqları idarəsinin sədri Mişel Başelet bəyanata yayaraq Honq Konq rəsmilərini təmkinli olmağa və etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə hallarını araşdırmağa çağırıb.

Etirazçı üzərində "Honq Konqu azad edin, zəmanəmizin inqilabı" şüarı yazılan bayraq dalğalandırır. 12 avqust, 2019
Etirazçı üzərində "Honq Konqu azad edin, zəmanəmizin inqilabı" şüarı yazılan bayraq dalğalandırır. 12 avqust, 2019

Hökümət bazar ertəsi 54 nəfərin yaralandığını bildirib. Xəstəxana rəsmiləri onlardan ikisinin vəziyyətinin ciddi, 28-nin isə sabit olduğunu bildirib.

Etiraz Honq Konqa şübhəli şəxsləri məhkmə qarşısına çıxmaq üçün Çinə göndərməyə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz olaraq başlayıb. İndi isə nümayişçilər növbəri liderlərini birbaşa olaraq azad və ədalətli seçki yolu isə seçmək hüququ və polis zorakılığı ilə bağlı müstəqil istintaq aparılmasını tələb edir.

Honq Konqun lideri Karri Lam çərşənbə axşamı mətbuat konfransı zamanı polisin əməllərini müdafiə edərək deyib ki, onlar çox çətin vəziyyətdə ani qərar verməli olublar. Lam bildirib ki, zorakılıq dayandırılandan və xaotik vəziyyət başa çatandan sonra o, etirazçılarının “tələblərini” dinləyəcək.

Pekin rəsmiləri bazar ertəsi etirazları “terrorizm”adlandırıb.

XS
SM
MD
LG