Accessibility links

Karri Lam: Biz dialoqa açığıq, lakin asayişin pozulmasına dözməyəcəyik


Honq Konq lideri Karri Lam çərşənbə axşamı etirazçılarla dialoqa açıq olduğunu, lakin hökumətin zorakılıqlara dözməyəcəyini bildirib.

"Əgər zorakılıq davam edərsə, bunun qarşısının alınmasının yeganə yolu hüquq-mühafizə orqanlarının yardımından istifadə etməkdir. Təsəvvür edin ki, bis dialoq, yaxud kommunikasiya adı altında öz qanunlarımızı Honq Konqda işlətməyək. Biz Honq Konqda zorakılığın bütün formalarına, asayişin pozulmasına dözməyəcəyik. Bu baş versə, Honq Konqda qanunun aliliyinin sonu demək olacaq” - deyə, Karri Lam bildirib.

Polis şənbə və bazar günləri polis üzvləri ilə qarşıdurmalar da daxil olmaqla, etirazlar zamanı 80-dən çox insanı həbs edilib.

Bazar günü minlərlə etirazçının böyük əksəriyyətinın dinc yürüş keçirməsinə baxmayaraq, polis bəzən böyük qruplardan ayrılan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Polis həmçinin nümayişlər başlayandan bəri ilk dəfə etirazçılara qarşı su şırnağından istifadə edib.

Nümayiş iştirakçılarından bəzisi polisə kərpic, taxta və dəmir parçaları ilə hücum edib və yolu sürüşkən hala gətirmək üçün küçələrə paltaryuyan maye töküb.

XS
SM
MD
LG