Accessibility links

Honq Konq lideri ABŞ-a şəhərin daxili işlərinə müdaxilə etməmək haqda xəbərdarlıq edib


Honq Konqun lideri Karri Lam çərşənbə axşamı deyib ki, Birləşmiş Ştatlar və ya hansısa başqa bir xarici hökumətin şəhərin daxili işlərinə qarışması "son dərəcə yersiz" olar.​

O bu xəbərdarlığı demokratiya tərəfdarlarının bazar günü ABŞ konsulluğunun qarşısında Birləşmiş Ştatlar Konqresində hər iki partiya tərəfindən dəstəklənəcək qanun layihəsinin qəbul edilməsinə çağıraraq, yürüş keçirməsinə cavab olaraq edib. ​Qanun layihəsi ilə Vaşinqtondan hər il Britaniyanın keçmiş koloniyası olan şəhərin Pekindən muxtariyyət səviyyəsini qiymətləndirməsi və bu muxtariyyətin pozulduğu təqdirdə Pekinin ticarət imtiyazlarını ləğv etməsinin tələb edilməsi nəzərdə tutulmalıdır.


Bazar günü keçirilən etirazlar zamanı metro stansiyalarını dağıtmaqda və nəqliyyatın hərəkətinə maneə törətməkdə ittiham olunan etirazçılarla onlara qarşı gözyaşardıcı qazdan istifadə edən çevik polis arasında daha bir şiddətli qarşıdurma olub.

Çərşənbə axşamı "Zorakılığın artması və davam etməsi Honq Konqda qarşılaşdığımız problemləri həll edə bilməz" deyən Lam, bununla münaqişənin yalnız dərinləşəcəyi barədə xəbərdarlıq edib.

Honq Konqda nümayişlər şübhəli şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinə ekstradisiya edilməsinə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz olaraq başlayıb. Çinə ekstradisiyalara icazə verəcək mübahisəli qanun layihəsinin qarşısını almaq cəhdi daha sonra demokratik islahatlar naminə hərəkata çevrilib.

XS
SM
MD
LG