Accessibility links

Honq Konq lideri ekstradisiya qanun layihəsini geri götürür


Honq Konqun baş icraçısı Karri Lam hökumətin üç ay boyunca artan və alovlanan etiraz dalğasına səbəb olan ekstradisiya qanun layihəsini rəsmən geri götürəcəyini bildirib.

Çərşənbə günü ofisi tərəfindən yayılan video-müraciətdə Lam cinayətdə şübhəli bilinənlərinin hakim Kommunist Partiyası tərəfindən idarə olunan məhkəmələrdə mühakimə olunmaq üçün əsas Çin ərazisinə göndərilməsini təmin edən qanun layihəsini geri götürdüyünü deyib.

Qərar gecikmiş və yetərsizdir.
Coşua Uonq, veteran demokratiya fəalı


İlk ay ərzində nümayişlər gücləndiyi vaxt Lam qanun layihəsini dayandırmışdı, lakin qanunun tam götürülməsi çağırışlarına məhəl qoymamışdı.

Çərşənbə günü sürpriz qərar qəbul edərkən Lam nümayişçilərin polis şiddətinə dair iddialara müstəqil araşdırma və Çin nəzarətində olan ərazidə demokratiyanın möhkəmləndirilməsi də daxil olan beş tələbdən birini də qəbul edib.

Nümayişlər Asiyanın maliyyə mərkəzindəki gündəlik həyatı demək olar ki dayandırıb. Etirazçılar şəhərin metro sisteminin və hava limanının fəaliyyətlərini iflic ediblər.

Honq Konqda misli görünməmiş etiraz dalğası yaşanılır.
Honq Konqda misli görünməmiş etiraz dalğası yaşanılır.

Minlərlə etirazçı gündəlik qaydada polisə toqquşur. Polis etirazçılara qarşı dəyənəklər, gözyaşardıcı qaz və su çırnağını istifadə edir.

Lakin Honq Konq demokratiya hərəkatı fəalı veteran Coşua Uong, Lamın çıxışından sonra jurnalistlərə açıqlamasında qanunvericiliyin geri götürülməsi qərarının "çox az və çox gec olduğunu" söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG