Accessibility links

Honq Konq lideri etirazçılardan üzr istəyib


Honq Konqun baş icracısı Karri Lam
Honq Konqun baş icracısı Karri Lam

Honq Konqun Pekin tərəfdarı lideri Karri Lam çərşənbə günü yaranmış siyasi böhrana və Çinə ekstradisiyaya dair təklif edilmiş qanunla bağlı baş qaldırmış iğtişaşlara görə üzr istəyib. Lakin bununla belə o, etirazçıların mübahisəli qanun ətrafında göstərdiyi fəaliyyətlə əlaqədar onun vəzifəsindən getmək tələbinə cavab verməyib.

Karri Lam müxbirlərə deyib ki, gələn ilin iyul ayında müddəti bitən qanun üzərində iş dayandırılıb. Lakin o, vəzifədə müddətinin qalan hissəsini bitirəcəyinə söz verib.

“Mən sizin səslərinizi aydın eşitdim və baş verənlər üzərində düşündüm”, deyən Karri Lam eyni zamanda, qanun ətrafında yaranmış vəziyyəti görə məsuliyyətin böyük hissəsinin “şəxsən” daşıdığını əlavə edib.

“Mən Honq Konqa səmimi üzrxahlığımı bildirmək istəyirəm” -deyə, o bildirib.

Honq Konqda Çinə ektradisiya qanuna etiraz nümayişi, 16 iyun, 2019.
Honq Konqda Çinə ektradisiya qanuna etiraz nümayişi, 16 iyun, 2019.

Ekstradisiya qanunu bu ay Honq Konqda davamlı etirazlara səbəb olub. Təşkilatçıların bildirdiyinə görə, iki milyondan çox insan şənbə günü etiraz nümayişində iştirak edib.

Amerika Birləşmiş Ştatları bazar ertəsi günü etirazçılara yenidən dəstək ifadə edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib ki, nümayişçilər “söz və toplaşmaq azadlıqları üçün” aksiyalar keçirib. Onun bildirdyinə görə, Birləşmiş Ştatlar “vəziyyəti izləyərək, Honq Konq hökumətini ictimaiyyətin narahatlıqlarını ünvanlamağa çağırmağa davam edəcək”.

Qanunun şənbə günü qeyri-müəyyən vaxta qədər təxirə salınması Britaniyanın ərazini 1997-ci ildə Çinə qaytarmasından sonra Honq Konq hökuməti tərəfindən ən böyük siyasi geriçəkilmələrdən biri hesab edilir.

Tənqçidçilərin fikrincə, ektradisiya qanunu Honq Konqda qanunun aliliyi və ərazinin Asiyanın maliyyə mərkəzi kimi beynəlxalq reputasiyası üçün ciddi təhlükə ola bilər.

XS
SM
MD
LG