Honq Konq küçələrində ötən həftə sonu demokratiya tərəfdarı nümayişçiləri döyməkdə şübhəli bilinən qanqsterlərə etiraz edən bir çox nümayişçi polislə zorakı toqquşmadan sonra geri çəkilməyə başlayıb.
İğtişaş forması geyinən polis şənbə günü Honq Konqda Çin sərhədi yaxınlığında yürüş edən etirazçılara göz yaşardıcı qaz sıxıb.
Etirazlar şənbə axşama artıq azalmağa başladı, evlərinə dönən nümayişçilər bazar günü yenidən nümayiş keçirməyi planlaşdırır. Amma evlərinə dönmədən öncə bir neçə məkandakı etirazçılar bibər qazı sıxaraq və dəyənəklər və çətir sallayaraq özlərini polisdən qoruyub.
Televiziya kanallarında yayımlanan görüntülərdə Yuen Leonqda nümayişçilərlə sərt qarşıdurmadan sonra izdihama göz yaşardıcı qazdan istifadə olunduğu göstərilib.
Etirazçlar qanqster təhlükəsi və polisin nümayişlərə tətbiq etidyi qadağaya baxmayaraq Yuen Lonq küçələrinə axışacaqlarına söz verib. Polis cəbərdarlıq edib ki, nümayiççilər yürüş etsə qanunu pozmuş olacaq.
Qanqsterlər iyulun 21-də Yuen Leonq dəmir yolu stansiyasına müştərilər, jurnalistlə və bir qanunvericini döyüb, qana bulatmaqsa ittiham olunub. Nəticədə 45 nəfər yaralanıb.
Yürüşün təşkilatçısı Yuen Lonq sakini Maks Çanq deyib ki, honq konqluların terror hücumu və demokratiya nümayişçilərini susdurmağa çalışan hökümətə qarşı müqavimət göstərmələri mühümdür.
Çanq cümə günü verdiyi müsahibədə sakinlər “polisin onları artıq qorumadıqlarını düşünür”. Əvvələr “heç birimizin Yuen Lonqda etiraz keçirmək planı yox idi, amma onlar bizi hədələməyə başladı”. Onun yürüş keçirmək müraciəti rədd edilib.
Bir çox etirazçı dəyənəklər və rezin mərmilərdən istifadə edən polisə müqavimət göstərmək üçüncümə gecə kaska, qalın əlcək kimi qoruyucu avadanlıqlar alıb.
Bəziləri deyib ki, onlar sakinləri və ya bir-birilərini qorumaq üçün Yuen Lonqa gedəcək. Çoxları polislə qarşıdurma yaşayacaqlarını gözləyirdi.
Honq Konq 1997-ci ildə Çinə təhvil veriləndən bəri adada ən pis siyasi böhran yaşanır. Milyonlarla insan iyun ayında iki dəfə ekstradisiya qanun layihəsinə qarşı yürüş keçirib. İndi isə bir çox sakin polisə qarşı etiraz edir.