Accessibility links

Honq Konq polisi Tiananmen meydanı etirazlarının anım mərasimini təşkil edənləri həbs edib


1989-cu ildə Tyananmen Meydanında həyata keçirilən təqiblərə etiraz olaraq hər il keçirilən anım mərasimini təşkil edən honq konqlu qrupun dörd üzvü həbs edilib. Buna səbəb onların qrupun fəaliyyətlərinə dair təhqiqatda polislə əməkdaşlıq etməkdən imtina etmələri olub.

Çindəki Vətənpərvər Demokratik Hərəkatı Dəstəkləyən Honq Konq Alyansının vitse-prezidenti və vəkili Ço Han Ton şəhərin mərkəzindəki ofisində saxlanılıb. Ço çərşənbə günü müxalif siyasətçi Qvinet Hunun zaminə buraxılması ilə bağlı məhkəmədə iştirak etməli idi. Hu təxribat törətməyə cəhddə ittiham olunur.

Alyans saxlanılan digər üzvlərin Saymon Leu, Şon Tan və Çan To-vay olduğunu bildirib.

Polis keçən ay qrupu xarici agentlərlə əlbir olmaqda günahlandıraraq, maliyyə, üzvlük və fəaliyyətləri ilə bağlı bütün məlumatları sentyabrın 7-dək təhvil verməsini əmr edib. Lakin alyans çərşənbə axşamı polis heç bir sübut təqdim etmədiyi üçün onlarla əməkdaşlıq etmək niyyətində olmadığını rəsmi olaraq bildirib.

Çərşənbə axşamı gecə rəsmilər bu tələbi yerinə yetirməkdən imtina edən hər kəsin altı aya qədər həbs və 12 min dollardan çox cərimə oluna biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Honq Konq Alyansı 4 iyun 1989-cu ildə Pekinin Tyananmen Meydanında Çin ordusunun öldürdüyü demokratiya tərəfdarı nümayişçilərin xatirəsini anmaq üçün hər il şəhərin Viktoria Parkına toplaşaraq şam yandırır. Son iki ildir rəsmilər pandemiya məhdudiyyətlərini əsas gətirərək, toplanmağı qadağan edib.

XS
SM
MD
LG