Accessibility links

Honq Konqda reydlər zamanı azı 50 demokratiya tərəfdarı həbs olunub


Çərşənbə günü Honq Konqdayeni milli təhlükəsizlik qanununa əsasən yarı-muxtar şəhərdəki müxalifət qüvvələrinə qarşı keçirilən reydlər zamanı azı 50 nəfər demokratiya tərəfdarı həbs olunub.

Honq Konqun xəbər agentliklərinin bildirdiyinə görə, çərşənbə günü səhər saatlarında keçirilən reydlər zamanı həbs edilənlər arasında sentyabr ayına təyin edilmiş seçkilərdə iştirak edəcək namizədləri seçmək üçün keçən ilin iyul ayında ilkin seçkilərə qeyri-rəsmi qatılan Honq Konq Demokrat Partiyasının bir neçə üzvü də olub. Namizədlər Qanunvericilik Şurasında təklif olunan büdcələrə və Pekinə meylli hər hansı bir qanunvericiliyə qarşı çıxacaq yerlərin əksəriyyətini qazanmağı ümid edirdi.

Partiya Facebook səhifəsində reydlər zamanı həbs edilənlər arasında keşmiş millət vəkilləri və Benny Tay, Ceyms To, Lister Şom və Lam Çok-Tinq kimi fəalların olduğunu bildirib.

Xəbər agentlikləri polisin Honq Konqda fəaliyyət göstərən tanınmış `

` hüquq şirkətinə etdiyi basqın zamanı şirkətdə işləyən amerikalı vəkil Can Klansini də həbs etdiyini bildirib.

Çərşənbə günü eləcə də reydlər zamanı məşhur demokratiya tərəfdarı onlayn xəbər saytı Stand News-un mərkəzi qərargahı da hədəf alınıb.Stand News müxbirlərindən biri tərəfindən canlı yayımlanan reyd zamanı polisin redaktorlara milli təhlükəsizlik istintaqı ilə əlaqəli sənədləri təhvil vermələri üçün məhkəmə qərarını göstərdiyi nümayiş etdirilib.

Beynəlxalq insan haqları qrupları reydləri qınayıb. Human Rights Watch-un Çin tədqiqatçısı Maya Vanq rəsmilərin Honq Konqda qalan demokratiyanın nazik səthini də sildiklərindən bəhs edib. "Milyonlarla Honq Konqlu seçki hüququ uğrunda mübarizəsini davam etdirəcək və hökuməti demokratik yolla seçəcək” - deyə, o bildirib.

XS
SM
MD
LG