Accessibility links

Honq Konq sakinləri Çin nümayəndəliyi qarşısına etiraz nümayişi keçirib


Honq Konqda minlərlə adam küçələrə çıxaraq Çin hökumətinin adadkı nümayəndliyinə yürüş keçirib. Onlar Pekinin adanın siyasi işlərinə müdaxiləsinə və icra hakimi seçməsinə etiraz edirlər.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər və onlara quraşdırılmış baryeri aşmamaq barədə xəbərdarlıq verib.

Şəhərin 7 milyonluq sakininin icra hakimini müəyyən etmək səlahiyyəti yoxdur. Rəsmi Pekin iyulun 1-də Donald Tsanqı Leunq Çun-yinlə əvəzləməyi planlaşdırır.

“Canavar” ləğəbi ilə tanınan Leunqu Honq Konqun kapitalist ideallara sadiq media və siyasi elitası “kommunist kadrı” olmaqda ittiham edir. Leunq bu ittihamları rədd edir.

XS
SM
MD
LG