Accessibility links

Honq Konqda nümayişçilər tətillərə çağırır


Honq Konqda polislə nümayişçilər arasında baş verən zorakı qarşıdurmalardan sonra bazar günü minlərlə insan yenidən aksiya keçirib.

Çinin rəsmi xəbər agentliyi xəbərdarlıq edib ki, Pekin Asiyanın bu maliyyə mərkəzində vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcək.

Çinin nəzarəti altında olan bu şəhər aylardır nümayişlərə səhnə olub.

Polisin bəyanatında bildirilib ki, ötən gecə qeyri-qanuni toplaşmaq və hücumlara görə 20-dən çox etirazçı həbs edilib.

Bu nümayişlər ilk dəfə cinayətdə şübhəli bilinənləri mühakimə olunmaq üçün Çinə ekstradisiya edəcək qanun layihəsinə etiraz olaraq başlayıb.

Həmin qanun layihəsi təxirə salınıb, lakin etirazlar davam edir və demokratik islahatlar, habelə Pekinin ərazi üzərində nəzarətini azaltmasına çağırışa çevrilib.

Bu nümayişlər sabiq Britaniya müstəmləkəsinin 22 il öncə Çinə təhvil verilməsindən bəri ada ölkədə baş verən ən pis sosial çaxnaşmadır.

Cümə günü dövlət məmurları etirazçılara dəstəklərini nümayiş etdirmək üçün ictimai parka toplaşıb.

Qara geyimli nümayişçilər bazar ertəsi kütləvi tətillərə çağırıb.

XS
SM
MD
LG