Accessibility links

Honq Konqda demokratiya tərəfdarlarına rəsmi ittihamlar irəli sürülüb


Honq Konq polisi yeni milli təhlükəsizlik qanununa əsasən 47 demokrat və aktivistə qarşı “təxribat törətmək üçün sui-qəsd” ittihamı irəli sürüb.

Demokratlar bazar günü demokratik müxalifətə qarşı təzyiqlərin gücləndirilməsi əsanasında şəhərdəki yerli polis bölmələrinə aparılıb.

Keçən yay qeyri-rəsmi ilkin seçkilərin təşkilatçılarından olan Benni Tay da rəsmi olaraq ittiham olunanlar arasındadır.

Tay yanvarın 6-da keçən iyun ayında qəbul edilməsindən qanunun bəri ən böyük milli təhlükəsizlik əməliyyatında 50-dən çox demokratla birlikdə həbs edilib.

Onlar Qanunvericilik Şurası ən güclü namizədlərin seçilməsinə yönəlmiş qeyri-rəsmi seçkiləri təşkil etmək və seçkilərdə iştirak etməkdə günahlandırılıb.

Nəzarət altına alınan demokratlar sorğu-suala tutulub, bəziləri cib telefonlarının və kompüterlərinin əllərindən alındığını bildirib.

Honq Konq polisi indiyədək təhlükəsizlik qanunlarını pozduğuna görə 99 nəfərin həbs olunduğunu deyib.

Media maqnatı və məşhur Çin tənqidçisi Cimmi Lay daxil olmaqla, onlardan bəziləri zaminə buraxılıb.

Çin parlamenti Honq Konq üçün təhlükəsizlik qanununu yekdilliklə qəbul edib.

Tənqidçilər bu qanunun yarımuxtar ərazidə insan haqlarına zərbə vuracağını deyib.

İyunun 30-da qəbul olunmuş qanunu Qərb hökumətləri sərt tənqid edib.

XS
SM
MD
LG