Accessibility links

Honq Konqda Çinlə sərhəddə nümayiş keçirilir


Honq Konq
Honq Konq

Honq Konqda minlərlə etirazçı şənbə günü çinli tacirlərə qarşı nümayiş keçirib.

Nümayiş Honq Konqla sərhəd yaxınlığında Çinin Şenjen şəhərinin yanında yerləşən Şeunq Şui şəhərində keçirilib.

Etirazçılar çinli tacirlərin Honq Konqdan mal alıb Çində satmalarına son qoymalarınaı tələb edir.

Şeunq Şuidə nümayişin keçirildiyi ərazidəki bir çox mağazanın şüşələri sındırılıb.

Etirazlar dinc şəkildə başlasa da, daha sonra nümayişçilərlə polis arasında toqquşma yaşanıb və polis izdihama qarşı bibər qazından istifadə edib.

Honq Konq
Honq Konq

Honq Konda bir neçə həftə sonudur nümayişlər keçirilir.

Etirazları Honq Konqda şübhəlilərin Çinə təhvil verilməsinə icazə verən mübahisəli ektradisiya qanun layihəsi səbəbilə başlayıb.

Bir neçə həftə davam edən mübahisələr və böyük etirazlardan sonra Honü Konqun lideri Karri Lam bu yaxınlarda ekstradisiya qanun layihəsinin ləğv olunduğunu söyləyib.

O, qanun layihəsini qəbul etdirmək səylərinin “uğursuz”olduğunu söyləsə də, onun etirazçıların tələb etdiyi kimi tamamilə aradan qaldırılıb-qaldırılmadığını deməyib.

Qanun layihəsi aprel ayında təqdim olunandan bəri kütləvi nümayişlərə səbəb olub. Etirazçılar cinayət şübhəlilərinin Honq Konqdan tam fəqrli ədalət sistemi olan Çinə ekstradisiya olunmasından nahatdırlar.

Sabiq Britaniya müstəmləkəsi olan Honq Konq 1997-ci ilə Çinə təhvil veriləndən sonra 50 il müddətinə xüsusi muxtariyyətlə təmin olunub. Lakin Honq Konqda bir çoxları Çinin onların haqlarına təcavüz etdiyindən və əraziyə nəzarətini artırdığından narahatdır.

Ekstradisiya məsələsini müzakirə etməklə hökümət istəmədən Honq Konqda etiraz hərəkatına və adanın öz liderini birbaşa seçmək çağırışlarına səbəb olub.

XS
SM
MD
LG