Accessibility links

Honq Konqda 44 etirazçı həbs edilib


Honq Konqda demokratiya tərəfdarı nümayişçilər 44 etirazçının həbsindən sonra çərşənbə günü gecə yenidən polislə toqquşub. Ötən ay başlamış etirazlar ərzində ilk dəfə olaraq etirazçılara qarşı ixtişaş yaratmaq ittihamı irəli sürülüb.

Polis çərşənbə axşamı gecə saatlarında Kuai Çanq rayon polis idarəsinin qarşısında toplaşmış nümayişçilərə qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Etirazçılar cavab olaraq polisə plastik butulkalar və çətirlər atıb.

Çərşənbə axşamı günorta saatlarında etirazçılar şəhərin metro sisteminə maneələr yaradıb və insanların qatarları tərk etməyə maneçilik törədib.

Bəzi stansiyalarda metro xidməti ya dayandırılıb, ya da yavaşlayıb. Bu səbəbdən də insanlar pulsuz avtobuslarla digər metro stansiyalarına getmək üçün uzun növbələrdə dayanıb.

Metro istifadəçiləri ilə nümayişçilər arasında qarşıdurma ilə nəticələnən etirazlara cinayətdə ittiham olunan Honq Konq sakinlərinin Çinə ekstradisiyasını tələb edən qanun layihəsinə son qoyulmasına dair çağırışlar səbəb olub. Həmin qanun layihəsi artıq təxirə salınıb.

Bu etirazlara həmçinin demokratik islahatlara və Pekinin ərazi üzərində nəzarətini artırmasına son qoymasına dair çağırışlar daxildir.

Çin höküməti bazar ertəsi rəsmi olaraq Honq Konq xalqını zorakılığa qarşı çıxmağa çağırıb və bəzi Qərb siyasətçilərini çaxnaşma yaratmaqda ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG