Accessibility links

Honq Konqda alış-veriş mərkəzlərində etirazlar davam edir


Honq Konq polisi əllərində dəyənəklərlə şənbə günü şəhər boyu planlaşdırıla yürüşlər zamanı Çin tərəfdarları ilə Çinin müdaxiləsini pisləyən etirazçılar arasında yaşanan qarşıdurmaya son qoymağa çalışıb.

Honq Konq
Honq Konq

Çini tərəfdarları Kovlun Bay ərazisindəki alış-veriş mərkəzində “Polisi dəstəkləyin”şüarı səsləndirib.

“Honq Konq Çindir” - deyə, bir qadın yoldan keçənlərə deyib. Onlar isə cavab olaraq ona qarşı təhqiredici sözlərdən ifadə edib.

Küçələrdə də qarşıdurmalar yaşanıb. Bunların hamısı isə media tərəfindən işıqlandırılıb. Polis bir neçə nəfəri həbs edib.

Çinin sabiq Britaniya müstəmləkəsinə müdaxiləsindən şikayət edən yüzlərlə etirazçı cümə günü küçələrə axışıb. Onlar əvvəlki həftələrdə baş verən zorakılıqlardan fərqli olaraq bu dəfə mahnılar oxuyub.

honq Konq
honq Konq

Onlar həmçinin alış-veriş mərkəzlərində də toplaşıblar və zaman-zaman əllərində bayraq daşıyan Çin tərəfdarları ilə qarşıdurma yaşayıblar və polis zorakılığını qlnayıblar.

Bundan əlavə hökümət leyhdarlı etirazçılar şəhərin mərkəzində toplaşıb, yüzlərlə digəri isə Tin Şui Vainin şimali-şərqdə yerləşən Yeni Ərazilər rayonunda yürüş keçirib.

Mövcud iğtişaşlar əvvəlcə Çinə ekstradisiyaya icazə verilməsi üçün planlaşdırılan qanun layihəsinə qarşı qəzəbdən qaynaqlanıb, lakin daha sonra demokratiya və Pekindəki kommunist rəhbərlərinin şəhərdən əl çəkmək çağırışlarına səbəb olub. Bundan əlavə bir çox gənc etirazçı yaşayışın baha olmasından və iş perspektivlərinin olmamasından narazıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG