Accessibility links

Honq Konqda etirazçılar aeroport yaxınlığındakı yolları bağlayıb


Honq Konqda demokratiya tərəfdarı nümayişçilər bazar günü hökumət əleyhinə etiraz nümayişləri zamanı beynəlxalq hava limanı ətrafında yolları bloklayıb.

Hava limanında bəzi uçuşlar təxirə salınıb. Rəsmilər aeroporta ekspress qatar xidmətini dayandırıblar.

Gün ərzində demokratiya tərəfdarları nümayişləri davam etdirmək üçün hava limanının avtobus dayanacağında toplaşıb.

Polis demokratik dəyişiklik uğrunda mübarizə aparan gənclərin döyüş meydanına çevrilmiş şəhərdə hökumət əleyhinə etirazçılara qarşı hərəkətlərini müdafiə edib.

Honq Konq polisi beynəlxalq hava limanında
Honq Konq polisi beynəlxalq hava limanında

Şənbə günü polis onlara Molotov kokteyli, kərpic atan etirazçılara qarşı gözyaşardıcı qaz və mavi rəngə boyanmış sudan istifadə edib.

İğtişaş polisinin metronun iki stansiyasını daxil olub sərnişinləri döyməsi şəhərin bir ços sakini tərəfindən qəzəblə qarşılanıb. Dəbilqəli və maskalı polis işçilərinin piyadaları və metro qatarındakı sərnişinləri döydüyünü göstərən video görüntülər sosial şəbəkələrdə geniş paylaşılıb.

Polis nümayəndəsi jurnalistlərə bildirib ki, polis qüvvələri müqavimət göstərən etirazçılara qarşı münasib şəkildə gücdən istifadə edib.

İğtişaş polisi yaralı etirazçını saxlayır, 31 avqust, 2019.
İğtişaş polisi yaralı etirazçını saxlayır, 31 avqust, 2019.

“Polis şəhərdə ictimai asayişin qorunması və qanunu pozanların məsuliyyətə cəlb olunması üçün qəti tədbirlər görməyə davam edəcək”, polis qüvvələrinin açıqlamasında bildirilir.

Honq Konqda nümayişlər şübhəli şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinə ekstradisiya edilməsinə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz olaraq başlayıb. Lakin bundan sonra etirazlar demokratik islahatlar naminə hərəkata çevrilib.

İyun ayında cinayətkarlıqda şübhələnilənlərin mühakimə olunmaq üçün Çinə ekstradisiya edilməsi ilə bağlı qanun layihəsinin ləğvi məqsədilə dinc nümayişlərin başlamasından bəri polisin təxminən 900 etirazçını həbs etdiyi deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG