Accessibility links

Honq Konqda etirazçılar `Baltik zənciri` aksiyasını təkrarlayıb


Honq Konqda minlərlə etirazçı cümə günü dinc "Baltik zənciri" yürüşünə qoşulub. Demək olar ki, üç aydır Çin tərəfindən idarə olunan ərazidə hökumət əleyhinə davam edən nümayişlər səngimək bilmir.

Şəhərin ayrı-ayrı bölgələrində gigiyena məqsədilə bəziləri maskada, bəziləri əlində dəsmal, digərləri isə əllərində Honq Konqa dəstək verdikləri üçün xarici ölkələrə minnətdarlıq şüarları tutan nümayişçilər küçələrə çıxıb.

Ümid edirəm ki, bu aksiya bizə beynəlxalq miqyasda səs-küy salmağa şans verəcək.
Etirazçı

1989-cu ildə üç Batikyanı ölkədən olan təxminən iki milyona qədər insan Sovet işğalına etiraz olaraq "Baltik yolu" və ya "Baltik zənciri" adlanan aksiya keçirmişdilər.

"Mən Honq Konq Yoluna qoşuldum, çünki bu dinc etirazlar idi," 27 yaşlı etirazçı Piter Çoung deyir . "Baltik Yolunun 30-cu ildönümüdür və Ümid edirəm ki, bu aksiya bizə beynəlxalq miqyasda səs-küy salmağa şans verəcək," o bildirir.

Etirazçılar bu həftəsonu da hava limanında "stress testi" keçirməyi planlaşdırırlar.

Ötən Bazar günü Honq Konqda yağmurlu hava olmasına baxmayaraq 1.7 milyon adam küçələrə çıxıb.
Ötən Bazar günü Honq Konqda yağmurlu hava olmasına baxmayaraq 1.7 milyon adam küçələrə çıxıb.

Etirazlar cinayət törətməkdə şübhəli bilinən Honq Konq sakinlərinin Çinə təhvil verilməsi haqda qanun layihəsinin rədd edilməsi ilə alovlanıb.

İlk öncə qanun layihəsinə etiraz olaraq başlanmış aksiya sonradan milyonlarla Honq Konq sakinin kommunist Çinin anti-demokratik idarəçiliyinə qarşı etiraz dalğasına çevrilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG