Accessibility links

Honq Konqda etirazçılar parlament binasına daxil oldular


Honq Konqda etirazçılar və iğtişaş polisi bazar ertəsi adanın Çinlə birləşməsinin iyirmi ikinci ildönümündə yenidən küçələrə axışıb.

Minlərlə etirazçı gündüz saatlarında şəhərdə hökümət binasının ətrafına toplaşıb. Kiçik bir qrup polis səddini yararaq parlamentə daxil olmağa nail olub. Onlar binadakı portretləri məhv edib və divarlarda qraffiti-şüarlar yazıb. Bina daxilində istehkamlanmış polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə eməklə müqavimət göstərib.

1997-ci ildə adanı Çin hökumətinə təhvil verən Britaniya rəsmi Pekindən Honq Konqdakı mövcud liberal sistemin və azadlıqların qorunması üçün azı 50 il müddətinə təminat almışdı.

Etirazçılar polisdən kimliklərini gizlətmək və özlərini polisin sıxdığı bibər qazından qorumaq üçün çətir, maskalar və plastik örtüklərdən istifadə ediblər.

Bundan əlavə polis bazar ertəsi Honq Konqun 1997-ci ildə Birləşmiş Krallıqdan Çinə təhvil verilməsinin ildönümünü qeyd edən bayraq qaldırma mərasiminə basqın edən minlərlə etirazçının qarşısını almaq üçün bibər qazı və dəyənəklərdən istifadə edib.

Etirazçılar Çin bayrağını endirib və onu Honq Konq bayrağının qara versiyası ilə əvəzləyib. Həmin bayrağın üzərində ağ Bauhinia çiçəyi əks olunub.

Etirazlar Honq Konqun Cinə təhvil verilməsinin ildönümünə təsadüf etsə də, adanı bürüyən etiraz dalğasına kommunist Çinə ekstradisiyaya dair mübahisəli qanun layihəsi səbəb olub.

Parlament zalında Honq Konqun Britaniya idarəçiliyi altındakı dövrə məxsus bayrağını asan etirazçı ruporla çıxış edir.
Parlament zalında Honq Konqun Britaniya idarəçiliyi altındakı dövrə məxsus bayrağını asan etirazçı ruporla çıxış edir.

Nümayişlər Honq Konq lideri Karri Lam qanun layihəsini təxirə salacağını deyəndən bəri davam edib.

Lakin Lam qanun layihəsini həmişəlik ləğv etməyib, etirazçıların digər tələblərini də yerinə yetirməyib. Buna polisin iyunun 12-də keçirilən nümayiş zamanı əl atdığı taktikalarla bağlı təhqiqatın aparılmasına dair tələb daxildir.

Honq Konqda şəhərin 2047-ci ilədək təmin olunan muxtariyyətini getdikcə Çinə itirdiyinə dair narahatlıqlar artır. Hazırda vətəndaşlar Honq Konqun mini-konstitutsiyası hesab olunan bir sıra mülki və siyasi haqların daxil olduğu Təməl Qanun altında qorunur.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG