Accessibility links

Honq Konqda etiraz nümayişləri 11-ci həftədir davam edir


Honq Konqda etiraz nümayişləri davam edir, 18 avqust, 2019.

Honq Konqda on minlərlə insan bazar günü yağışlı havada hökumət əleyhinə daha bir etiraz nümayişi keçirmək üçün küçələrə çıxıb.

Bu, nümayişçilərin öz narathaqlarını bildirmək üçün etiraz nümayişi keçirdiyi 11-ci həftə sonudur.

Nümayişlər şübhəli şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinə ekstradisiya edilməsinə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz kimi başlayıb. Lakin bundan sonra etirazlar demokratik islahatlar naminə hərəkata çevrilib.

Nümayişlər adətən dinc xarakter daşıyır. Lakin bəzi hallarda fəallar və polis arasında toqquşmalar da baş verib.

Nümayişçilər Honq Konqun Viktoriya parkında toplaşıb, 18 avqust, 2019.
Nümayişçilər Honq Konqun Viktoriya parkında toplaşıb, 18 avqust, 2019.

“Biz ümid edirik ki, bu gün heç bir qarışıqlıq baş verməyəcək”, nümayişin təşkilartçısı Bonni Leunq Associated Press agentliyinə bildirib.

Ekstradisiya qanunu etirazlardan sonra təxirə salınıb, lakin nümayişlər Honq Konq sakinlərinin ərazinin 1997-ci ildə Britaniyadan Çinin idarəçiliyinə qayıtmasından sonra “bir ölkə, iki system” mandatı ilə təmin olunan azadlıqların azaldılması ilə bağlı narahatlıqlarına görə davam etdirilir.

Çin təhlükəsizlik qüvvələrinin Honq Konqla sərhəddə Şenjendə təlimlər keçirməsi Pekinin nümayişləri dağıtmaq üçün qüvvə göndərməyə hazır olduğu ilə bağlı narahatlıqlara səbəb olub.

Honq Konq polisi nümayişləri nəzarətdə saxlaya bildiyini bildirir.

Keçən həftə nümayişçilərin dünyanın ən məşğul hava limanlarından biri olan Honq Konq aeroportunda əsas terminalı ələ keçirməsi bütün uçuşların bir neçə gün təxirə salınmasına səbəb olmuşdu. Nümayişçilər və polis arasında toqquşma zamanı polis qüvvələri onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

XS
SM
MD
LG